KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Avropada qaçqın və miqrant məsələləri üzrə xüsusi əlaqələndirici Regina de Dominitsis ilə görüşüb. Qarşı tərəf hazırkı postmünaqişə dövründə vətəndaşlarımızın öz evlərinə ləyaqətli qayıdışının təmini istiqamətində görülən genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhdidinə qarşı mübarizə barədə ətraflı məlumatlandırılıb. Ceyhun Bayramov mina təhdidi ilə mübarizə sahəsində UNICEF-lə əməkdaşlıq çərçivəsində aparılan maarifləndirmə fəaliyyətindən bəhs edərək, bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini də bu təhdidə çəkməyin vacibliyini vurğulayıb. Nazir COP29-a hazırlıq prosesində ilkin planlar barədə qonaqlara məlumat verib.
- Baxış: 152