KepezTV Player
11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir. TƏBİB-nin qızılca ilə bağlı növbəti dəfə orta yaşlı əhaliyə çağırışında belə deyilir. Qeyd olunub ki, 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Peyvəndlənmə prosesi könüllülük prinsipi əsasında aparılır.
- Baxış: 79