• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 10.01.2024 13:48

Narkotik satmaqda və almaqda şübhəli bilinən şəxslər saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Eyvaz Bayramov üzərindən aşkarlanan heroini Maral adlı qadından aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində narkotik maddəni satmaqda şübhəli bilinən Maral Osmanova saxlanılıb və onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə narkotik vasitə olan heroin və müxtəlif psixotrop həblər aşkarlanaraq götürülüb.
Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Elcan Dilbazinin yaşadığı evə baxış zaman oradan 36 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar edilib. 
Əlavə olaraq polis əməkdaşları tərəfindən saxlanılaraq Qazax Rayon Polis Şöbəsinə gətirilən, Tovuz rayon sakini Ramil Verdiyevdən metamfetamin, Qazax rayon sakini Azər Yusifovdan isə heroin götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bundan başqa Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib. Rayon sakinləri müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, ov silahlarını polisə könüllü təhvil veriblər. 4-ü yivli olmaqla ümumilikdə 15 silah polis əməkdaşları tərəfindən qəbul edilərək müvafiq ekspertizaya təqdim edilib.