KepezTV Player
Gələn həftədən prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Prosesə yanvarın 15-də start veriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib. Fevralın 6-sı saat 8:00-da isə təşviqatın aparılması dayandırılacaq.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
- Baxış: 76