Sumqayıtda 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.
- Baxış: 165