• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 09.01.2024 15:11

Səsvermənin nəticəsinə dair protokolların dairə seçki komissiyasına çatdırılmasına polis nəzarət edəcək

KepezTV Player

"Səsvermənin nəticəsinə dair protokolların məntəqə seçki komissiyasından dairə seçki komissiyasına çatdırılması polisin nəzarəti altında həyata keçiriləcək". Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov belə deyib. Prezident seçkisində polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə "Polis əməkdaşları üçün yaddaş kitabçası" da hazırlayıb.

Ramiz İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü: Polis orqanları seçkilər başa çatana qədər seçki orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərirlər. və seçkilərtin keçirilməsində mühim yol oynayırlar.