• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 989
— 08.01.2024 10:12

Uğur qazanmaq

Uğur hər bir insan üçün fərqli bir anlayışdır. İstər karyera, istər ev, istərsə də ailə qurmaqdan asılı omayaraq, hər kəs onu əldə etməyə çalışır. Və məqsədimizə nail olub, uğur qazanmaq bizdə sanki qürür hissi yaradır.

Adil Hüseynli- təqaüdçü: ”Uğur, nailiyyət mənim bu cəmiyyətə töhfə etdiyim övladlarımdır. Onların uğuru, mənim onlara düzgün tərbiyə verib böyütməyim, bunlar hamısı təbii ki, mənim üçün böyük uğurdur”.

Nəzakət Cəhangirova- müəllim: “Mənim fikrimcə həyatda uğur ailən ilə mehriban olmaq, övladlarını boya-başa çatdırmaq, nəvə-nəticənin olmasıdır”.

Emilya Mamedova- tələbə: ”Mənim üçün uğur sevinc, pul, bir də dostlarımdır. Buna nail olmaq üçün isə çoxlu çalışmalıyam”.

Həyatda hər zaman uğur qazanmırıq. Bunun üçün isə təəssüfflənməyə dəyməz. Əldə edə bilmədiklərimiz imtahanımız, qazandıqlarımız isə uğurumuzdur.

Leyla Əliyeva