• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 09.01.2024 08:54

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub. Nazirliyinin 20 texnikası və 90 nəfərə yaxın canlı qüvvəsi əraziyə cəlb edilib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerinə gəlib. Yanğın bir otaqda 35 kvadratmetr sahəni əhatə edib. Polis və prokurorluq əməkdaşları əraziyə səfərbər olunub. Binanın dörd və üçüncü mərtəbələrindəki personal, stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. Alov qısa vaxtda söndürülüb. 

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağınsa meyiti aşkar olunub. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.