• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 08.01.2024 16:15

Şəhidin adına olan küçəyə barelyefi vurulub

KepezTV Player

Gəncədə şəhid Elşən Abbasovun barelyefinin açılışı olub. Barelyef şəhidlik zirvəsinə yüksələn igidin adını daşıyan küçədə qoyulub. 1976-cı ildə Nizami yurdunda anadan olan Elşən Abbasov məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgərliyini başa vurduqdan sonra isə Tərtər istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıqlar göstərib. Düşmənin atəş nöqtələrini dəf etməklə cəbhə yoldaşlarının rəğbətini qazanan igid, 1996-cı il oktyabrın 1-də ağır döyüşlərin birində ali məqama ucalıb.

Orxan Cəfərzadə