• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1896
— 07.01.2024 14:54

Pravoslavlar Milad bayramı qeyd ediblər

KepezTV Player

Gəncədə Milad bayramı qeyd olunub. Bayram tədbiri Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində baş tutub. Pravoslavlar dini məbəddə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Bu bayramı Gəncədə yaşayan təxminən 200 ailə də illərdir təmtəraqla qeyd edir. 

Tatyana Salaxova- Gəncə sakini: "Burada doğulmuşam. Tez-tez bu kilsəyə gəlirəm. Bu gün böyük bayramdır. Milad bayramını qeyd etmək üçün gəlmişik. Bu gün hər yerdə qeyd edilir. Hər il böyük sevinclə qeyd edirik. Dua edirik, şam yandırırıq. Uşaqlara şirniyyatlar paylayırıq. Günahlarımızın bağışlanması üçün dualar edirik. Xristiyanların ən böyük bayramıdır". 

Ramin Paşayev