Yanvarın 3-də Şəkinin Sarıca kənd sakinləri 6 yaşlı Yusif Məmişov və qardaşı 3 yaşlı Əli Məmişov öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri ilə təcili yardıma müraciət ediblər. TƏBİB-dən verilən açıqlamaya görə ilkin tibbi yardım göstərildikdən sonra azyaşlılar Şəki RMX-nin infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Yusif Məmişov orada vəfat edib. Vəziyyəti orta-ağır olan 3 yaşlı Əli Məmişov təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub. Azyaşlıların ailə üzvləri ilə aparılan profilaktik söhbətlərə baxmayaraq, onlar peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib.
Arzu İlyaslı- Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Hər iki uşaq yanvarın üçündə Xəstəxanaya müraciət edib. Pnevmoniya ilə ağırlaşan qızılca diaqnozu qoyulub. Dünən günortadan uşağın vəziyyətində ağırlaşmalar meydana çıxıb. Bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı yanvarın 6-da səhər saatlarında ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib”.
- Baxış: 476