• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2215
— 04.01.2024 19:40

Laçın rayonunda hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb

Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. Faktla bağlı cinayət işi açılıb. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib.