• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 29.12.2023 17:08

Regional forum keçirilib

KepezTV Player

Gəncədə Azərbaycan Milli QHT Forumunun regional forumu keçirilib. Tədbirdə QHT təmsilçilərinin son illərdəki uğurlu fəaliyyətindən bəhs edilib. Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyəti ölkəmizin bütün sahələrində fəallıq nümayiş etdirir. Sevindirici haldır ki, icra edilən layihələr müsbət nəticələri ilə seçilir. Ötən 20 ildə aparılan dövlət siyasətinin nəticəsidir ki, gənclərin uğurları hər sahədə artır. Tədbirdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr ilə bağlı geniş müzakirə aparılıb.

Rauf Zeyni- Azərbaycan Milli QHT Forumunun prezidenti: “Bu forumlarda müzakirə olunan aktual məsələlər toplanacaq və yekun bəyənat qəbul olacaq. Düşünürəm ki, bu cür forumların keçirilməsi, regionlarda vətəndaş cəmiyyətinin və vətəndaşların sosial rifah vəziyyətinin nə yerdə olduğunu bütövlükdə QHT hökumət münasibətləri, vətəndaş cəmiyyəti və digər məsələlərin nə vəziyyətdə olduğunu biz aktual müzakirə etdik”.

Pərvin Abbaszadə