Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının rəhbəri İoğan Mörfi ilə görüşüb. Məzahir Pənahov seçkilərlə əlaqədar həyata keçirilmiş, nəzərdə tutulan müxtəlif səpkili layihələrdən danışıb. İndiyədək 5-i siyasi partiyalar, 10-u özü tərəfindən irəli sürülən, ümumilikdə 15 nəfərin namizədliyinin irəli sürülməsi MSK-nın müvafiq qərarları ilə təsdiq olunub. Diqqətə çatdırıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən hazırda təqdim olunan imza vərəqələri və digər seçki sənədləri peşəkar işçi qrupu tərəfindən yoxlanılır. Məzahir Pənahov seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt həm imza vərəqələrinin yoxlanılması, həm də seçkilərlə bağlı hər hansı digər prosedurlarda yaxından iştiraka dəvət edib.
- Baxış: 115