• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 26.12.2023 14:59

Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı "persona-non-grata" elan olunub

KepezTV Player

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən verilən məlumata görə,  Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” elan olunduğu diqqətə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və Xarici İşlər Nazirliyinin müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.