KepezTV Player
"İşğaldan azad edilən ərazilərdə bu il üçün planlaşdırılan yaşıllıq zolaqlarının salınması və meşələrin bərpası işləri yekunlaşmaq üzrədir. Qarabağda ümumilikdə il ərzində 100 hektar yeni yaşıllıq zollaqları salınıb". Ağdamda keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov həyata keçirilən ekoloji tədbirlərin bərpa yenidənqurma işlərində əhəmiyyətindən danışıb. Bildirib ki, ərazidə olan kəhrizlərin dayanıqlılığının təmini, su mənbəyi kimi istifadə olunması, geoloji yataqların iqtisadi dövriyyəyə cəlb olunması yenidənqurma işlərinə əhəmiyyətli töhfə verəcək. O, Ağdamın Şahbulaq karxanasına investor cəlb olunduğunu və işlərə başlanıldığını qeyd edib.
- Baxış: 159