• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1437
— 24.12.2023 19:27

Azərbaycan terrorla mübarizədə də Türkiyənin yanındadır

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Zakir Həsənov 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib. Terrorla kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu vurğulayıb. 

Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında da "Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin verdiyi şəhidlərə rəhmət, yaralılara şəfa dilənib. Terrorla mübarizədə də Türkiyənin yanında olduğumuz vurğulanıb.