• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 22.12.2023 16:08

Prezident İlham Əliyev Xocalı rayonunun 4 kəndində olub

KepezTV Player

Prezident İlham Əliyev bu gün Şuşa rayonundakı “Saxsı” bulağında olub. Bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, Şuşa-Laçın yolunun üzərində yerləşir. Metal boruya salınmamışdan əvvəl qayadan çıxan su qədim saxsı borudan süzülüb gəldiyi üçün bulağa “Saxsı” bulaq adı verilib. 

Dövlət başçısı Şuşa rayonundakı “Turşsu” bulağına da baxış keçirib.  Meşənin daxilində mineral su mənbəyi olan bulaq Zarıslı çayının sahilində 1700 metr hündürlükdə çıxır. Suyu faydalı mikroelementlərlə zəngindir, müalicəvi xüsusiyyətlərə malikdir.

 Prezident İlham Əliyev Turşsu qəsəbəsində də olub. Qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə yerləşir. 1992-ci il mayın 15-də işğal edilən Turşsu 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda qəsəbədə 353 ailə qeydiyyatdadır.

 Ardından dövlət başçısı Xocalının Naxçıvanlı kəndinə səfər edib. Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar.

Prezidentin ərazisinə baxış keçirdiyi Pircamal kəndini isə tarixi mənbələrə görə, qədim Beyləqandan gələn ailələr ərsəyə gətiriblər.

Xocalının Xanabad kəndi də dağətəyi ərazidə yerləşir və qədim yaşayış məskənlərindən biri kimi tanınır.

 Prezident İlham Əliyev Pirlər kəndində də olub. Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.