• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 22.12.2023 11:29

6930 hektaradək ərazidən 955 mina aşkarlanıb

KepezTV Player

Azad edilmiş ərazilərdə yanvarın 1-dən dekabrın 21-dək Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanıb. Mürəkkəb relyefli ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Mina və sursatları bir qismi növbəti dəfə Ağdərənin "Gödəkburun" təlim mərkəzində məhv edilib. Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir