• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 22.12.2023 09:37

Çexiyada bir günlük matəm elan edilib

KepezTV Player

Praqanın mərkəzində tələbə David Kozak silahla universitetə gələrək ətrafındakıları güllələyib. Hadisə Karlov Universitetinin dördüncü mərtəbəsində baş verib. Ən azı 15 ölü və 30-a yaxın yaralının olduğu bildirilir. Hadisə yerinə onlarla polis maşınının gəldiyini görən David Kozak özünü güllələyib. Çexiya daxili işlər naziri Praqada baş verən atışmanın terrorla əlaqəsi olmadığını açıqlayıb. Çexiya hökuməti həlak olanların xatirəsinə dekabrın 23-nü matəm günü elan edib.