Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Premyer Liqa təmsilçilərindən "Sabah"la "Kəpəz" Tovuzda üz-üzə gəlib. Matçın 14-cü dəqiqəsində Sabah-ın Vinsent Til hesabı açıb. 23-cü dəqiqədə qonaqlar Cesse Sekidikanın qolu ilə üstünlüyü 2:0-a çatdırıblar. 36-cı dəqiqədə Kəpəzin heyətindən Adama Niane 11-lik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirsə də, cəmi 3 dəqiqə sonra Emmanuel Apeh yenidən komandasının azarkeşlərini sevindirib. Oyunun 45-ci və 76-cı dəqiqələrində vurduğu qollarla Adama Niane hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Sabahın heyətindən Amin Seydiyev komandasını önə keçirib. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 7 qol vurulub. Kəpəzi 4:3 hesabı ilə məğlub edən "Sabah" 1/4 finala yüksəlib.
- Baxış: 213