• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 18.12.2023 15:29

Müəllim və 8 şagird dəm qazından zəhərlənib

KepezTV Player

Bu gün saat 11 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub. TƏBİB-dən qeyd edilib ki, 9 nəfər -1965-ci il təvəllüdlü müəllim İsmayılova Göyçək Mətləb qızı, 2013-cü il təvəllüdlü Yarıyeva Fidan Seymur qızı, 2014-cü il təvəllüdlü Nüsrəddin Məhəmməd Samir oğlu, Hüseynli Məhəmməd İlham oğlu, Poladova Gülüstan Rauf qızı, Zahidli Təqi Azad oğlu, Həsənzadə Nazlı Anar qızı, Mənsimli Səadət Rauf qızı və Nuriyeva Tunar Hafiz qızı Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Şəxslərə dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir. İlkin ehtimala görə, Qaranuru kəndində müəllim və 8 şagirdin zəhərlənməsinə onları dərsə aparan "Setra" markalı iri tutumlu avtobusun havalanma sistemi vasitəsi ilə içəriyə daxil olan dəm qazı səbəb olub. Faktla bağlı araşdırma aparılır.