KepezTV Player
Seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Dövlət Xidmətində yaradılmış işçi qrupunun ilk iclası keçirilib. Seçkilərlə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında isə işğaldan azad edilən ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsinin yaradılmasının təxmin edildiyi açıqlanıb.
- Baxış: 157