5-8 yaşlı qızlar üçün həyata keçirilən layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsidir. Burada sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsi əsas götürülür.
Taleh Məmmədov- fiziki tərbiyə müəllimi: “Bakıda AFFA-da tədbirlə bağlı layihədə iştirak edəcək müəllimləri müəyyənləşdirmək üçün iclas keçirildi. O məktəblər arasında 1 saylı orta məktəbi mən təmsil edirdim, ümumiyyətlə Gəncə şəhərindən 1 müəllim var idi, o da mən idim. Müsahibədə uğurla qalib gəldikdən sonra, Gəncə şəhərində bu layihəni davam etmək üçün elə öz məktəbimizi nəzərdə tutduq. Ümumiyyətlə uşaqların idmana olan marağı çoxdur. Biz də bu maraqdan istifadə edərək, futbolun inkişafına dair əlimizdən gələni edirik. Yəni nəinki kişilər, oğlanlar arasında, qadınlar arasında da futbolun inikişafına nail olaq”.
Gəncədən layihəyə 90 şagirdin cəlb edilməsi nəzərdə tutulsa da, marağın çox olması iştirakçı sayına da təsir edib. Onlar üçün müvafiq təlim keçmiş məşqçi-müəllimlər tərəfindən müxtəlif məşğuliyyətlər, toplarla əyləncəli oyunlar təşkil olunur.
Nur Səmədova- şagird: “Bu layihəyə qatılmışam, toplarla müxtəlif oyunlar oynamaq mənim üçün çox maraqlıdır”.
Elvina Mirzəyeva- şagird: “Bizə topla çox qəşəng dərslər keçirilir. Bizim üçün çox əyləncəlidir”.
Futbolu sevdirmək, qızları erkən yaşdan futbola cəlb etmək və sağlam həyat tərzini təbliğ etmək üçün keçirilən layihəyə ilin sonunda yekun vurulacaq.
Ramin Paşayev
- Baxış: 186