• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 15.12.2023 17:12

Sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb

KepezTV Player

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobuslarında cibgirlik edən şəxs yaxalanıb. Onun əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Binyat Binyatov olduğu müəyyən edilib.  Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının içərisində 1500 manat, bank kartları və sənədləri olan çantasını oğurladığı məlum olub. B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa bu kimi analoji cinayətlər törətməsi istisna edilmir.