
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb. Ağdam təmsilçisinin Bakıda İsveçin “Hakken” klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib. Komandanın pley-offa adlaması eyni sayda əmsalın da qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib. “Qarabağ”ın özü də UEFA reytinqində irəliləyib. Və son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda 59-cu pilləyə qalxıb. Ağdamlılar İtaliyanın “Fiorentina” klubu ilə birlikdə bu mövqeni bölüşdürürlər. Qurban Qurbanovun yetirmələrinin hesabında 31.000 xal var.
- Baxış: 151