• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 15.12.2023 11:54

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

KepezTV Player

Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib. Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub. YAP-ın növbədənkənar Prezident seçkilərinə namizədinin səlahiyyətli nümayəndələri də müəyyənləşib. Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev prezident seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.