Müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ölkələr arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. 2024-cü il ərzində birgə təlimlərin keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
- Baxış: 102