• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 13.12.2023 09:22

Britaniya Parlamentində birgə bəyanatına dəstək ifadə olunub

KepezTV Player

Britaniya Parlamentində Azərbaycan Prezident Administrasiyası ilə Ermənistan Baş naziri ofisinin 7 dekabr tarixli birgə bəyanatına dəstək ifadə olunub. İcmalar Palatasının üzvü David Duquid bəyanata tarixi hadisə kimi istinad edib. Davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökumətinin gördüyü işlər barədə sual verib. Cavab olaraq Britaniya Xarici İşlər Nazirliyində Avropa üzrə nazir Leo Dokerti bildirib ki, Azərbaycanla Ermənistanın ikitərəfli münasibətləri normallaşdırmaq barədə niyyətlərini təsdiq edən birgə bəyanat verməsi ruhlandırıcıdır. Britaniya davamlı sülh əldə etmək istiqamətindəki səyləri dəstəkləyir.