KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində GUAM xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran Ceyhun Bayramov, ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi və digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edən nazir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsinin sülh prosesi gedişatında vacib inkişaflardan biri olduğunu qeyd edib.
- Baxış: 138