KepezTV Player
Hazırda 1300-ü “Qırmızı Körpü” gömrük postunda olmaqla, Azərbaycanın gömrük postlarında 1840 yük maşını gözləmədədir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir. Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
- Baxış: 162