• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 743
— 06.12.2023 15:00

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb. Azərbaycan və Türkiyə respublikaları arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşdə də Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. 

Azərbaycan müdafiə naziri İran Hərbi Dəniz Qüvvələri komandanını qəbul edib

Zakir Həsənov İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Şəhram İranini də qəbul edib. Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.