• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 968
— 05.12.2023 11:47

Xarici ekspertlərin iştirakı ilə Zəngilanda panel müzakirə keçirilib

KepezTV Player

30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumu çərçivəsində panel müzakirə keçirilib. Müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər. Müzakirə zamanı Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə xarici ekspertlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.