Ta qədim dövrlərdən bu günə kimi insanlar arasında yaranan münasibət və ya informasiya mübadiləsi, yəni ünsiyyət həyatımızın əhəmiyyətli hissəsini tutur. "Ünsiyyət təkcə danışmaqlamı olur?" sualına, bəzən "Bir baxışla belə olur", cavabını vermək yerinə düşər. Bəzi gənclər niyə ünsiyyət qurmaqdan tamamilə imtina edir? Bu gün bu haqda danışırıq.
Bəli, təkcə bir baxışla da insan qarşısındakı şəxslə çox gözəl ünsiyyət yarada bilər. Eynilə qədim dövrlərdəki insanların bir-biriləri ilə işarələrlə ünsiyyət qurduqları kimi. Mütəxəssislərimiz deyir ki, düzgün ünsiyyət qurmaq üçün ilk addım uşaqlıqdan dinləmək bacarığını inkişaf etdirməkdir. Əlbəttə, burada dinləmək dedikdə başa düşmək, deyiləni məntiqi, mənalı analizlərlə beynimizə yerləşdirməkdir. Elə buna görə də düşüncələrə doğru-yanlış anlamı yükləmək yerinə, düşüncələrin bir-birindən fərqli olduğu həqiqətini qəbul etmək lazımdır.
Turanə Şirinova- asosial iş qadını: “Mən düşünürəm ki, sosial mediadan istifadə və inkişaf çox yaxşıdır. Sadəcə mən vaxt sıxlığından, düzgün istifadə edə bilmirəm”.
Digər sualım isə, bu yöndə oldu ki, siz həm iş qadını, həm də gənc anasınız. Həyatınızdakı bu məsuliyyətlərin ağırlığı münasibətlərinizdə problem yaratmır?
Turanə Şirinova- asosial iş qadını: “Sıx ünsiyyət quran insanlara həsəd aparıram. Necə bacara bilirlər anlamıram. Amma mən həm iş qadını, həm ana olduğum üçün çətindir”.
Ünsiyyət bacarıqlarının yaxşı olması müasir zamanda insanlarda ən çox axtarılan keyfiyyətlərdən biridir. Hətta iş dünyasında da əksər vakansiyalarda səlis və düzgün danışıq və özünü ifadə qabiliyyəti tələb olunur. Belə ki, bu, yaxşı və effektiv fəaliyyət üçün mütləq xarakter daşıyır.
Elcan Allahverdiyev- tələbə: “Gənc olaraq onu demək istəyirəm ki, sosial mediadan istifadə əlverişlidir, ancaq düzgün istifadə etsək. Dərslərimlə, eyni zamanda işlərimlə əlaqədar olaraq, aktiv olmadığım üçün, insanlar məni asosial adlandırır”.
Tellan Zeynalova
- Baxış: 232