Region ölkələri yaşıl enerjiyə keçid istiqamətində strateji fəaliyyətlərini genişləndirir. Burada Azərbaycan əsas faktor kimi ön plana çıxır. Bakının illər öncə bu sahədə gördüyü işlər indi ona yeni tərəfdaşlar və imkanlar yaradır. İlk dəfə xarici investorların cəlb edilməsi ilə inşa edilən Qaradağ Günəş Elektrik Stansiyası MDB məkanında ən böyük stansiya kimi önə çıxır. Digər tərəfdən dörd dövlətin təşəbbüsü ilə açılan Xəzər - Qara dəniz - Avropa “Yaşıl enerji” dəhlizi Azərbaycanı regionun ən aktiv enerji təchizatçıları sırasına qoşur. Bu da digər region ölkələrini Azərbaycan ilə yaşıl enerji sahəsində sıx əməkdaşlıq etməyə vadar edir. Bu mənada, son olaraq, Özbəkistan və Qazaxıstan Azərbaycanla birgə Avropaya yaşıl enerjinin tədarükü üzrə razılığa gəlib. Tərəflər yaşıl enerji dəhlizinə qoşulmaqda maraqlı olduğunu bəyan edib. Ekspertlər bu kimi əməkdaşlıqların ölkənin tədarük imkanlarını, o cümlədən iqtisadi reputasiyasını daha da artırdığını hesab edirlər.
Emin Qəribli- iqtisadçı-ekspert: Bu istisna deyil ki, gələcəkdə biz öz “Yaşıl enerji”mizi hətta Özbəkistan, Türkmənistan ərazisindən Çinə də ixrac edə bilərik. Ümumiyyətlə, müəyyən mübadilə keçirilməsi, bir-birimizə bu sahədə birgə koorporasiyaların aparılması, artıq bizim görüləcək işlərimizin təminatçısına çevrilir. Orta Asiya ölkələri məhz bunu görüb, bizimlə müqavilə bağlayıb, gələcəkdə öz dayanıqlı iqtisadi inkişafını təmin etmək istəyirlər.
Vüsalə Cənnətova
- Baxış: 172