Fransız-alman Arte kanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri öldürəcəkləri” barədə xəbis xülyaları yer alıb. Bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir. Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. “Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail olmaq istəyirsə, onda Ermənistan cəmiyyətində tüğyan edən təhlükəli Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır”, - deyə bəyanatda vurğulanıb. Qərbi Azərbaycan İcması BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantakinin guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxışına da münasibət bildirib. "Xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir. Onun iddialarını kəskin şəkildə pisləyir və qətiyyətlə rədd edirik.", - deyə İcmadan vurğulanıb.
- Baxış: 126