• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 01.12.2023 20:22

Gəncləri və gələcəyi QİÇS-dən qoruyaq!

KepezTV Player

Dünyada QİÇS-ə qarşı vaksin icad edilmədiyi üçün virus hələ də təhlükəli hesab edilir. Ona görə vaxtında müayinə və müalicə vacib hesab edilir. Qərb bölgəsində yaradılan laboratoriyanın əhəmiyyəti böyükdür. Burada QİÇS-lə barəbər, hepatit B və C analizləri də edilir. Qan nümunələri götürülən şəxslərin anonimliyi qorunur.

Afaq Əsədova- Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional laboratoriyasının müdiri: “Hər adam öz statusunu bilməkdən ötrü, gəlib müayinədən keçməlidir. Biz də şübhəli çıxan qanı Bakıya da, QİÇS Mərkəzinə də göndəririk. Orada təsdiq olunandan sonra həmin insanları qeydiyyata götürürlər və retravirus terapiyası təyin edirlər. Qabaqlar narkomanlarda parenteral yolla yoluxmalar daha üstünlük təşkil edirdi. Ancaq indi cinsi yolla üstünlük verir”.

Laboratoriyada gün ərzində təxminən 30-a yaxın şəxsdən qan analizləri götürülür.

Amilla Hüseynova- sakin: “Miqrasiya xidmətindən göndərilmişəm. Hepatit B və C, eləcə də QİÇS üçün analiz verirəm. Müvəqqəti yaşamaq üçün icazə alanda, hər il gəlib burada analiz verirəm”.

Roman Ağayev- sakin: “Uşağım Rusiya vətəndaşıdır. Azərbaycan pasportu almaq üçün gəlmişdim. QİÇS-lə bağlı gəlib analiz verdik. Hazırda cavabını götürürəm”.

Bektaşanki Uzun- Türkiyə vətəndaşı: “Türkiyədən gəlirəm. ADAU-nun birinci kursunda baytarlıq fakültəsində oxuyuram. Bir illik yaşamaq üçün buraya gəlmişəm. Qan analizimi verdim. Bir illik yaşamaq izacəmi alacağam”.

QİÇS-lə mübarizə tədbirləri müayinələrin aparılması ilə yanaşı maarifləndirmə tədbirlərinin görülməsi ilə də effektiv sayılır. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər evi və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Gənclərimizi və gələcəyimizi qoruyaq” adlı tədbir bu qəbildən olub. Republikada bu xəstəliklə yaşayanların olması, virusa yoluxmamaq üçün hər bir insanın həyat tərzinə məsuliyyətlə yanaşmasının vacibliyinə toxunulub. Ölkəmizdə ötən 10 ay ərzində İnsanın immunçatışmazlığı virusuna 764 nəfər yoluxub.  Dövlət tərəfindən hər bir xəstə dərman peraparatları ilə təmin olunur. 

Elnur Vahidoğlu