• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 30.11.2023 16:12

Qanunsuz tikililərin qarşısının alınması istiqamətində tədbirlər görülür

KepezTV Player

Goranboyda rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Ədliyyə və Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri iştirak ediblər. Goranboyda aparılan abadlıq-quruculuq işləri haqda məlumat verilib. Bununla belə cari ilin arxada qalan dövrü ərzində rayonun ümumi mənzərəsinə xələl gətirən qanunsuz tikililər və qanunsuz torpaq istifadəçiliyi ilə bağlı görülmüş işlərdən də danışılıb. Qeyd edilən məsələlərin qarşısını almaq üçün nəzarət tədbirlərinin artırılmasının əhəmiyyətinə toxunulub. Bu məqsədlə işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə müntəzəm hesabat və məlumatların verilməsinin vacibliyi qeyd edilib. Tədbirdə İcra Başçısı Məhərrəm Quliyev tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilib.

Fərid Mehdiyev