• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 30.11.2023 16:10

"Qadına qarşı şiddətə son” şüarı altında tədbir keçirilib

KepezTV Player

Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Qadına qarşı şiddətə son” şüarı altında tədbir keçirilib. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr -10 dekabr tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bu kampaniya çərçivəsində keçirən tədbirdə qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nikaha cəlb olunması məsələləri diqqət mərkəzində olub. Qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülüb. Polis əməkdaşları tərəfindən bu istiqamətdə aparılan maarifləndirmə və inzibati cəza tədbirləri barədə danışılıb. Tədbirdə iştiak edən şəxsləri maraqlandırlan suallar cavablandırılıb. 

Aişə Rzayeva