"Dövrün tələblərinə uyğun olaraq rəqəmsal kənd təsərrüfatı prioritet olaraq qalır. İstifadəyə verilən elektron kənd təsərrüfatı informasiya sistemi, istənilən yerdə bütün aqrar xidmətlərə asan çıxışı təmin edəcək". Bu fikirlər "Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı" mövzusunda keçirilən tədbirdə səsləndirilib. Qeyd olunub ki, "Tarladan rəfə" startegiyası üzrə əməkdaşlıq edilən fermerlərin sayı 190-ı keçib. Həmçinin, bu ilin 11 ayı ərzində fermerlərdən 50 min tona yaxın kənd təsərrüfatı məhsulu alınıb və market şəbəkələrində satışı həyata keçirilib.
- Baxış: 132