Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Yusifli Rəsul Nazim oğluna məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin anbarda istifadə müddəti bitmiş, etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85.9 kq olan toyuq əti məhsulunda nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
- Baxış: 247