• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 29.11.2023 11:57

E.Əmrullayev: "Doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlər var"

KepezTV Player

"Xankəndidə yaradılacaq Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq. İnanmaq istəyirik ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları, gənc alimləri orada görmək imkanımız olacaq". Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir doktoranturaya istedadlı şəxslərin cəlb edilməsi ilə bağlı ciddi problemlər olduğunu da qeyd edib. "Elm ictimaiyyətinin nə qədər yeni bilik yarada bilməsi əsas sualdır. Son dövrlər kifayət qədər struktur islahatları həyata keçirilib. Elmdə kəşflər və ixtiralar önəmlidir", - deyə Emin Əmrullayev sözlərinə əlavə edib.