KepezTV Player
Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə şəhərə daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da Laçında 363 ailənin, 1389 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.
- Baxış: 160