• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 27.11.2023 12:03

Daha bir neçə məktəbdə şagirdlərdə qızılca aşkar edilib

KepezTV Player

Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında “qızılca” xəstəliyi ilə bağlı yoluxma halı aşkarlanıb. Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının məlumatına əsasən, 9 nəfər şagird hazırda xəstəxanada stasionar şəraitdə müalicə alır. Digər yoluxan şagirdlərin isə ambulator müalicələri davam etdirilir və şagirdlərin vəziyyətinin stabil olduğu qiymətləndirilir.