• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2117
— 25.11.2023 19:57

Qərbin antiazərbaycan siyasəti: daldan atılan daş topuğa dəyər

KepezTV Player

Həm işğal, həm də torpaqlarımız əsarətdən qurtulduqdan sonra ABŞ və bəzi Avropa ölkələri, xüsusilə də Fransanın Azərbaycana qarşı ermənipərəstliyi daha da qabarıb. Ələlxüsus da son aylarda daha da intensivləşən təzyiq siyasəti qərbin Cənubi Qafqazda öz istəyinə uyğun sülhün olmasını ortaya qoyur. Görünür, Vətən müharibəsindən sonra yaranan reallıqlar qərblilərin maraqlarına cavab vermir. Regionda Azərbaycanın söz sahibinə çevrilməsi, qarşılıqlı əməkdaşlıq, yeni kommunikasiyaların yaradılması bu kolonist dövlətlərin ürəyincə deyil. 

Tural İsmayılov- siyasi şərhçi: “ABŞ və qərb imperializminin birlikdə bu gün apardığı siyasət birbaşa Azərbaycana və türk dünyasına qarşı yönəlib. Bu gün ölkəmizin torpaqlarımızı işğaldan azad etdikdən sonra regional gücdən qlobal gücə, eyni zamanda Azərbaycanın geopolitik güc olaraq bölgənin əsas söz sahibinə çevrilməsi ABŞ-Fransa imperializmini və onların tətiklədiyi ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Ona görə də ABŞ və Fransanın Azərbaycan və Türkiyə kimi ədalətli ölkələrə qarşı başlatdığı dırnaqarası səlib yürüşləri heç bir formada qəbul edilə bilməz”.

ABŞ və Fransanın dövlət dairələrində səslənən antiazərbaycan fikirlər də bunu təsdiqləyir. Hətta Azərbaycan əlehinə konkret addımların atılması meylləri də görünür. Bu isə Cənubi Qafqazda sülh cəhdlərinin qarşısında qırmızı işıq yandırır. Ermənistan üçün isə yaxşı heç nə vəd etmir.

Elxan Şahinoğlu- siyasi şərhçi: “Bölgənin əsas açar dövləti Azərbaycanla normal münasibətlər olmadan Cənubi Qafqazda möhkəmlənmək, bu bölgənin maraqları ilə hesablaşmaq mümkün deyil. Ona görə də Fransa bu məslədə geri qaldı və Azərbaycanla münasibətləri gərgin saxlamaqla bölgədə öz əməkdaşlıq edə bilməyəcək. ABŞ-da da eyni səhvlər buraxılır. Konqresdəki dinləmələrdə dövlət departamentinin rəsmisi Obrayn məntiqsiz açıqlamalar verdi və bu, Vaşinqton görüşünün ləğvinə gətirib çıxardı”.

Bütün bunlar isə Ermənistanın haçalanan siyasi kurs seçməsinin nəticəsidir. Daha doğrusu müstəqil olmayan siyasəti qərb qonşumuzun bir yerdə qərar tutmamasına gətirib çıxarır. 

Bütün bunların fonunda 30 noyabrda Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan sərhəddə bir araya gələcək. Elə sərhədlə bağlı delimitasiya məsələlərini götür-qoy etmək üçün. Bu görüş həm də sülh üçün töhfə ola bilər. 

Orxan Cəfərzadə