KepezTV Player
Gəncə Dövlət Universitetinin kimya-biologiya fakultəsində ustad dərsləri keçirilib. Kimya elminin aktual problemlərinə həsr olunun dərslər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, dünya şöhrətli alim, professor Məhəmməd Babanlı tərəfindən keçirilib. Dərsdə kimya müəllimliyi ixtisasında təhsil alan tələbələrlə yanaşı, Universitetin professor-müəllim heyəti də iştirak ediblər. Dərsin sonunda şagirdləri maraqlandıran suallar professor tərəfindən cavablandırılıb.
- Baxış: 116