Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri AŞPA Prezidenti Tini Koksa birgə müraciət ünvanlayıblar. “Bu günlərdə Bakıda olan Assambleyanın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik. Əgər Avropa Şurası, Şuranın Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, kömək etmək onun əsas öhdəliyi olmalıdır. Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün.", - deyə müraciətdə qeyd edilib.
- Baxış: 135