• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 22.11.2023 09:27

Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülür

KepezTV Player

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçına daha 21 ailə - 81 nəfər köçürülür. Bununla da şəhərdə 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması təmin edilib.