• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 831
— 20.11.2023 10:39

"Torpaqlarımızın azad olunması Azərbaycan qadınlarının tərbiyə etdiyi oğulların sayəsində mümkün olub"

KepezTV Player

Torpaqlarımızın azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olub. Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının qadın hüquqlarının inkişaf etdirilməsi mövzusunda konfransının iştirakçılarına müraciət ünvanlayıb. "Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Hərəkatın Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcək.", - deyə dövlət başçısı qeyd edib. “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfrans Bakıda reallaşır.