Hacıqabulda Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Vüqar Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Ondan 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat, həmin silaha aid daraq və 12 ədəd patron götürülüb.
Əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş Niyaməddin Həsənov da saxlanılıb. Onda isə 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanıb.
Şamaxı rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Göyçayda bir nəfərdə müvafiq sənədləri olmayan tüfəng aşkarlanıb, digər rayon sakini isə qanunsuz saxladığı odlu silahı özü Polis Şöbəsinə təqdim edib.
Ağdaşda da mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.
Həmçinin, 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
- Baxış: 232